Türkiyədə testdən keçirilən kişi avtobus sürücüsü hamilə çıxdı
Türkiyədə qeyri-adi hadisə baş verib.
BAKU.WS-in məlumatına görə, Antalya şəhərində avtobus sürücüləri narkotik maddə ilə bağlı testdən keçirilib. Testdən keçən O.C. adlı kişi sürücünün hamilə olduğu məlum olub.
Sidik təhlilinin nəticəsinə əsasən, avtobus şoferinin hamilə olması hər kəsi heyrətləndirib. Analizin nəticəsinin yanlış olduğu güman edilir. Testlərin edildiyi xüsusi tibb mərkəzində qarışıqlıq ola biləcəyi istisna edilmir. Digər bir iddiaya görə, sürücü öz sidik nümunəsi əvəzinə qadın sidik nümunəsi təqdim edib.
Bununla yanaşı, narkotik maddə ilə bağlı testdən keçən avtobus sürücülərindən təxminən 40-a yaxınında nəticələr müsbət çıxıb. Həmin sürücülərin bundan sonra avtobus sürə bilməyəcəkləri məlum olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni avtobus xətti açılır (ÜNVAN)
Bakıda daha bir yeni avtobus xətti açılacaq. BAKU.WS-in məlumatına görə, yeni açılacaq xəttdə "BakuBus” avtobusları işləyəcək. Yeni açılacaq "BakuBus” avtobusu...