Türkiyədə "aşirət" başçısı azərbaycanlı aparıcıya elçi düşdü - FOTO

19
mar
2019
20:55
"Ənənə boxçası" verilişi ilə tanınan aparıcı Leyla Mustafayeva milli geyimdə fotoqraf Ramin Aslanovun obyektivi qarşısına keçib. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, aparıcı şəkillər çəkdirməklə yanaşı səfərləri zamanı başına gələn maraqlı hadisələrdən də danışıb. Sonuncu dəfə Türkiyənin Mardin bölgəsinə yollanan Leyla orada evlilik təklifi aldığını deyib. O bildirib ki, Mardində "aşirət" başçısının oğlu onunla evlənmək istəyir:"Mardinli ailənin toyunu çəkdim. Orada bir kişi gələndən sonra mənə xəbər göndərib ki, evlənmək istəyir. Mənə elçi düşüb. Özü də onlarda "aşirət" deyilən tayfanın başçısının oğludur. Ona ərə getsəm "Xanım ağa" olacam. Hətta deyir ki, gəlib Azərbaycanda toy edib, səni gətirəcəm".BAKU.WS




Oxşar xəbərlər
Keçmiş ərindən danışan Mənzurə: "2 ildən sonra mənə zəng vurmuşdu..." (VİDEO)
ATV-də yayımlanan "Şou ATV" verilişində təsirli anlar yaşanıb. BAKU.WS xəbər verir ki, proqramda qonaq olan müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşından d...
