Tünzalə Ağayeva bu dəfə Şuşada oxudu
Xalq artisti Tünzalə Ağayeva Xankəndi şəhərindən sonra musiqi diyarımız olan Şuşaya yollanıb.
BAKU.WS xəbər verir ki, sənətçi "Şuşa baharı" adlı festivalda çıxış edib. Qala-konsertdə iştirak edən müğənni repertuarındaki ən unudulmayan və sevilən nəğmələrini səsləndirib.
Hər zaman bütün səhnələrinə xüsusi hazırlaşan Xalq artisti yenə də obrazı ilə gözoxşayıb. Onun geyimi üzərində yerli dizaynerlər çalışıb. Ağayevanın kardiqanın müəllifi dizayner Sevda Xəlilova, tulumu isə Lali Rüstəmova hazırlayıb. Styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.
Səhnə üçün nəzərdə tutulan obrazın makiyajını və saçını stilist Sabir Bağırov edib.
Oxşar xəbərlər
Zülfiyyə Xanbabayeva "Gəl"i təqdim etdi
Xalq artisti Zülfiyyə Xanbabayeva "Gəl" adlı mahnı və klipini dinləyicilərinə təqdim edib. BAKU.WS xəbər verir ki, mahnının sözləri Həmid Məmmədli, musiqisi isə...