Təranə Qumralı hansı yüksək çinli məmur qoruyur? - Nazəninin vəkilindən ŞOK açıqlama
24
iyl
2018
17:07
Müğənnilər Nazəninlə Təranə Qumralın məhkəmə prosesi davam edir.Nazənin Salayevanın hüquqlarını müdafiə edən "Alter Eqo" hüquq şirkətinin baş direktoru Heyrat Qarayev BAKU.WS-ə açıqlamasında, cavabdeh Təranə İbrahimovanın məhkəmə qərarına hörmət göstərmədiyini bildirdi:"Məhkəmədə şahid qismində icra məmuru dindirilib. Bu ikinci icra məmurunun məhkəmədə izahatıdır. Hər iki icra məmuru ifadəsində Təranə Qumralın dəfələrlə icra şöbəsinə gəlib, məhkəmə qərarını icra etməyəcəyini bildirib. Təranə Qumral proseslərdə də açıq-aşkar qərarı yerinə yetirməyəcəyini deyib. Düzdür, hər dəfə dövlətin qanunlarına hörmət etdiyini bəyan edir, amma məhkəmə qərarına hörmət etmir". H.Qarayev T.İbrahimovanın havadarlarının meydana çıxdığını qeyd etdi: "Zərərçəkmişin vəkili Ceyhun Yusifov məhkəmədə açıqlama verdi ki, bir neçə yüksək çinli məmurlardan ona zənglər olub. Bildiriblər ki, bu işdən geri çəkilsin. Artıq lazımi şəxslərə tapşırılıb və bu işin nəticəsi olmayacaq. Yəni, Təranə Qumral həbs olunmayacaq. Yaxın günlərdə həmin məmurların adları açıqlanacaq".Növbəti məhkəmə prosesi avqustun 2-nə təyin edilib.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
“Təranə məni ölümlə hədələyir” - Nazənin
Təranə Qumralla Nazənin arasında məhkəmə çəkişməsi kritik həddə çatıb. Məhkəmə qətnaməsini icra etməməkdə israrlı olan Təranə qarşı tərəfi ölümlə hədələyərək ar...