Təranə Qumral axır ki, məhkəməyə gəldi
07
iyn
2018
15:45
Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası olub.BAKU.WS-ın məlumatına görə, proses hakim Rəşad Abdulovun sədrliyi ilə keçib.Nazənin Salayeva, həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasovun hüquqlarını müdafiə edən “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev məhkəmənin təqsirləndirilən tərəfin məhkəməyə gəldiyini bildirdi:"Təranə İbrahimova (Qumral) nəhayət ki, məhkəməyə gəldi. Vəkili ilə birlikdə prosesdə iştirak etdi. Lakin zərərçəkmişlərin vəkili Ceyhun Yusifov prosesə yeni qoşulduğundan vəsatət qaldıraraq məhkəmədən vaxt istədi. Növbəti məhkəmə prosesi 14 iyuna təyin edildi". Xatırladaq ki, düşmən münasibətdə olduğu həmkarı Nazəninlə məhkəmə qalmaqalı 3 ildir davam edən müğənni Təranə Qumrala (İbrahimova) cinayət işi açılıb. Məhkəmənin qərarı ilə T.Qumral N.Salayev, onun həyat yoldaşı Məhəbbət Həsənov və Pərviz Abbasovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.Bakı Appelyasiya Məhkəməsinin 2 qətnaməsi olub. Həmin qətnaməyə görə, Təranə İbrahimova Nazənin Salayevadan və sonuncunun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməlidir, eləcə də onların barəsində təkzib verməlidir. Bir ildən artıqdır ki, məhkəmə qətnaməsi icra məmurunun icraatında olub.Dəfələrlə Təranə İbrahimovaya xəbərdarlıq edilib. Lakin qətnaməni qərəzli olaraq icra etmədiyi üçün icra məmuru tərəfindənyoxlanmış müvafiq materiallar təqdimatla birlikdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim edilib. Artıq bu ilin əvvəlində Təranə İbrahimova barəsində cinayət işi başlanıb. İstintaq zamanı Təranə İbrahimovanın əməlində qərəz müəyyən olunub və bu səbəbdən də barəsində 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunub. İstintaq materialları baxılması üçün Narimanov rayon məhkəməsinə göndərilib. T.İbrahimova məhkəmə qərarına qərəzli münasibətini davam etdirərsə, 3 ilədək həbs edilə bilər.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Müğənni Təranə Qumral hakim qarşısında - 3 il həbs gözləyir
Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası başlayıb."Report"un xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi il...