Təranə Qumralın ölkədən çıxışına qadağa qoyuldu
08
dek
2017
17:50
"Müğənni Təranə Qumralın xaricə çıxışına qadağa qoyulub". "Qafqazinfo" xəbər verir ki, bu sözləri müğənni Nazəninin vəkili Heyrat Qarayev xəbər verib:“Bakı Apelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Digər qətnamədə də göstərilir ki, cavabdeh şəxs, İbrahimova Təranə Nazənin xanımın həyat yoldaşı Məhəbbət bəyə 3 min manat təzminat ödəməli və onun barəsində dediyi fikirləri də təkzib etməlidir. İcra şöbəsində bu məhkəmə qətnaməsi icradadır.İcra məmuru ilə əlaqə saxladıq, həmçinin Ədliyyə Nazirliyinin rəhbərliyinə rəsmi müraciət olundu. Məhkəmə qətnaməsindən İbrahimova Təranə yayınır. Ədliyyə Nazirliyi tərəfindən bu məsələ nəzarətə götürüldü. Qısa müddət ərzində 3500 manat pul Nazənin xanım və onun həyat yoldaşı Məhəbbət bəyə ödənilməsi təmin edildi. Əlavə olaraq Təranə İbrahimova barəsində qanuna müvafiq ölçü götürüldü. O, açıq-aşkar icra şöbəsində izahat yazaraq məhkəmə qətnamələrini icraatından yayındığını bildirib. Yəni icra etməyəcəyini deyib. Və buna görə də o, əvvəl icra məmurunun qanun tələbini yerinə yetirmədiyinə görə, inzibatı xətalar məcəlləsinin 528-ci maddəsinə əsasən 1000 manat cərimə edilib. Cərimə olunandan sonra icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Təranə İbrahimova bu istiqamətdə heç bir addım atmayıb. Artıq bir neçə gün öncə icra şöbəsindən Təranə İbrahimovaya rəsmi qaydada müraciət olunub. Qısa müddətdə məhkəmə qətnaməsi üzrə tələbləri tam təmin etmədiyi halda onu cinayət məcəlləsinin 306-cı maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacağı istiqamətində işlər görüləcək. Bu maddədə göstərilir ki, həmin şəxs 3 il müddətində azadlıqdan məhrum edilə bilər ”.Vəkil onu da əlavə edib ki, məhkəmə qərarına əsasən Təranə Qumral ölkədən kənara çıxa bilməz: “Bir neçə gün öncə məhkəmənin qərarına görə, İbrahimova Təranə Xeyrulla qızının ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsində qərardad qəbul edilib. Bu qərar da zəruri idi". Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Və Nazənin məhkəmə qərarı ilə həyat yoldaşının müğənni Təranə Qumralla münasibətinin olmasını sübut etmişdi.BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü
Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib.Bu bar...