Bakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü
06
dek
2017
13:30
Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib.Bu barədə BAKU.WS-ə mərhumun həyat yoldaşı Müzəffər İsmayılov bildirib.Onun sözlərinə görə, həkimlər 44 yaşlı Təranə Məhəmməd qızı Babaşovanın beyninin 2/3 hissəsinin dağıldığını bildiriblər. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olmayıb.Qəza hadisəsi sentyabrın 27-də baş verib və həmin gündən Təranə Babaşova komada olub. O, noyabrın 28-də isə dünyasını dəyişib.Təranə Babaşovadan 10 yaşlı qızı yadigar qalıb.Xatırladaq ki, 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı maşınla vurub.Təranə Babaşova “8-ci kilometr” bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub. Sürücü polis tərəfindən saxlanılıb. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.BAKU.WS
Oxşar xəbərlər
2 gün əvvəl Salyandakı qəzada xəsarət alan qadın dünyasını dəyişdi (FOTO)
Dekabrın 3-də qəzaya uğramış “Mitsubishi-Pajero”nun sürücüsünün həyat yoldaşı olan, Salyan rayonunun Qızılağac kənd sakini, 1963-cü ildə anadan olmuş Rahilə Uld...