Tramp, Cici Hadid və Səmra Rəhimli eyni siyahıda

Tramp, Cici Hadid və Səmra Rəhimli eyni siyahıda
Şou-biznes 1249

"Time" jurnalı "Google"da hər ölkə üzrə ən çox axtarılan adları açıqlayıb.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bütün dünya üzər ən çox axtarışa verilən ad Donald Trampdır. ABŞ prezidentliyinə namizəd olması və seçilməsi onu dünyanın ən çox axtarılan adamı edib.

Belə ki, 88 ölkədə "Tramp" ən çox axtarılan söz olub.

Siyahıda daha sonra Peru prezidentliyinə namizəd Xulia Quzman, Braziliyanın keçmiş prezidenti Lula da Silva, Olimpiya çempionları Mariana Pajon və Jozef Şulinq gəlir.

Mərakəşdə ən çox axtarılan ad Leonardo DiKaprio, Çernoqoriyada Cici Hadid, Tunisdə isə Angelina Coli olub. 

Türkiyədə ən çox axtarılan ad isə futbolçu Emre Mor olub. 

Azərbaycanda "Google" istifadəçilərinin ən çox axtarışa verdiyi ad isə bu il bizi "Eurovision"da təmsil edən Səmra Rəhimlinin olub.

BAKU.WS

Tramp, Cici Hadid və Səmra Rəhimli eyni siyahıda

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər