Məşhur cütlükdən maraqlı fotosessiya

Məşhur cütlükdən maraqlı fotosessiya
Şou-biznes 1381

 

Tanınmış fələstinli model Cici Hadid və müğənni Zeyn Malik kamera qarşısına keçiblər. 

BAKU.WS məlumat verir ki, ulduz cütlük "Vogue magazine" jurnalı üçün fotosessiya etdiriblər. Məşhur ikili jurnalın aprel sayı üçün kamera qarşısına keçiblər. Zeyn və Cici müxtəlif məkanlarda, müxtəlif geyimlərdə fotolar çəkdiriblər. Cici fotosessiyadan bir fotonu Instagram hesabında paylaşıb. Fotoya 1 milyondan çox bəyənmə gəlib. 

Qeyd edək ki, Zeyn Malik və Cici Hadid ötən ilin sonlarından münasibət qurmağa başlayıblar. İkili bir müddət münasibətlərini gizlətsələr də, Cici Zeynin klipində rol aldıqdan sonra onların sevgili olduqları təsdiqlənib. Məşhur cütlük sevgililər günü bir-birlərinin fotolarını paylaşaraq münasibətlərini etiraf etmişdilər. 

BAKU.WS

Son xəbərlər