Fələstinli gözəl "Vogue" jurnalına çəkildi (FOTO)

Fələstinli gözəl Vogue jurnalına çəkildi (FOTO)
Şou-biznes 1900

 

Tanınmış model, "Victoria's Secret"in mələyi Cici Hadid Fransanın "Vogue” jurnalının üz qabığına çəkilib.

BAKU.WS məlumat verir ki, model çılpaq halda kamera qarşısına keçib. Modelin fotolarını çəkən fotoqraflardan biri türk əsilli fotoqraf Mert Alaş olub. Fələstinli gözəl jurnalın mart sayı üçün çəkdirdiyi fotolardan bəziləri İnstaqram hesabında paylaşıb. 

Qeyd edək ki, Cici Hadid bir çox dünyaca məşhur magazin jurnallarının üz qabığına çəkilib.

Məlumat üçün qeyd edək ki, model bundan əvvəl Zeyn Malikin klipindəki obrazı ilə gündəmə gəlmişdi. Zeyn Maliklə tez-tez obyektivlərə tuş gələn Cicinin gənc ifaçı ilə sevgili olduğu deyilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər