Tovuz sakinindən maraqlı addım - FOTO
01
okt
2019
14:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzun Əlibəyli kənd sakini 81 yaşlı Paşa Həsənov deyir ki, ermənilər onların kəndini 1987-ci ildən atəşə tutmağa başlayıb.Əksər mənbələrdə bu tarix 1988-ci ildən göstərilsə də Paşa Həsənovun dəftərində ermənilərin kəndə hucumu 1987-ci ildən başlayır və yanılmadığını qeyd edir.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Paşa Həsənov 1987-ci ildən başlayaraq ermənilərin Əlibəyli kəndinə atdıqları bütün atəşləri qeydə almaqla bərabər həm də bu atəşlərin saatını, dəqiqəsini, ayını, ilini, gününü yazır."Bu bizim kəndin tarixidir urəkağrıdıcı olsa da, dəqiq olmalı və yadda qalmalıdır. Tarix dəqiqliyi sevir".Paşa Həsənovun aprel döyüşləri zamanı qeydləri daha maraqlıdır.Onun sözlərinə görə, həmin vaxtlar kənd 2 gün aramsız atəşə tutulsa da, ordumuzun qələbə sorağını alan kimi onlar səslərini kəsidilər.Paşa Həsənov həm də müharibə veteranıdır. O, öz həmkədliləri ilə bərabər Milli Ordumuz yaranana qədər doğulduğu Əlibəyli kəndinin müdafiəsində iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Düşmənlə ən yaxın məsafədə olan Əlibəylidən - REPORTAJ
Tovuzun Əlibəyli kəndi düşmənlə cəmi 350 metrlik məsafədə yerləşir. İşğalçı tərəf dəfələrlə bu kəndi atəşə tutub, burada yaşayan insanları qorxu içində saxlamağ...