Tolikdən toy xəbəri: "Qismət olsa, bu il nişanlanacam" - VİDEO

Tolikdən toy xəbəri: Qismət olsa, bu il nişanlanacam - VİDEO
Video
Şou-biznes 652

Xəzər TV-nin " rel="external noopener noreferrer">"Evdəkilərə salam" verilişinin növbəti çəkilişi tanınmış prodüser Tolikin (Əliyev Tarıx) evində olub.

BAKU.WS xəbər verir ki, çəkiliş prodüserin doğum gününə təsadüf edib.

Tolikin klassik dizaynda düzənlənmiş ikiotaqlı mənzili zövqlü düzəni, səliqə-səhmanı ilə göz oxşayıb.

Çəkilişdə Tolikin atası, analığı, bibisi, dostları Xatirə İslam, Elton Hüseynəliyev ailəsilə birlikdə iştirak edib.

"Artıq 41 yaşım var. İstəyirəm ki, bu yaşımdan sonra evlənəcəmsə, ölənədək davam etsin. Qız övladı istəyirəm. Qızım olsa, adını Ruhi qoyacam. Qismət olsa, bu il nişanlanacam".

Tolik hətta övladlığa uşaq götürmək istədiyini də etiraf etdi:

"Uşaq evinə getmişdim. 22 uşağın içində biri vardı, o qədər adamın içində ancaq mənim qucağıma gəldi. Atama zəng vurub dedim ki, uşaq götürmək istəyirəm, saxlaya bilərik? Ailə quracam, öz uşağım da olar, amma o uşağı çox sevdim və övladlığa götürmək istədim".

Tolikin bu sözləri atasının göz yaşlarına səbəb olub.

Son xəbərlər