Tolgahan Sayışman: "Bir müddətdir reanimasiyada idi"

Tolgahan Sayışman: Bir müddətdir reanimasiyada idi
Foto
Şou-biznes 123

Türkiyəli məşhur aktyor Tolqahan Sayışman atasının səhhəti ilə bağlı sosial şəbəkə vasitəsilə açıqlama verib.

BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, Sayışman bildirib ki, atası Haluk Sayışman bir müddətdir Covid infeksiyası, keçirdiyi ürək spazmı və sonrasında yaranan çoxlu orqan çatışmazlığı səbəbilə reanimasiya şöbəsində müalicə alıb.

Aktyor atasının xəstəxana otağında çəkilmiş şəklini paylaşaraq artıq müalicəyə cavab verdiyini və sağalma mərhələsinə daxil olduqlarını qeyd edib.

Tolgahan Sayışman paylaşımında bu sözləri deyib:

"Babam keçirdiyi ürək spazmı və ardından yaranan çoxlu orqan çatışmazlığı ilə Covid infeksiyası səbəbilə bir müddətdir reanimasiyada idi. Şükürlər olsun ki, artıq sağalma mərhələsinə keçmişik."

Tolgahan Sayışman:

Oxşar xəbərlər

68 yaşlı Xalq artisti ilk dəfə nənə oldu

68 yaşlı Xalq artisti ilk dəfə nənə oldu

Xalq artisti Həmidə Ömərova nənə olub.  BAKU.WS xəbər verir ki, aktrisanın oğlu Rəhimin qızı doğulub. Bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Aktrisanın o...

505 Şou-biznes 15:56 09 sentyabr 2025

Son xəbərlər