Tələbələrimiz beynəlxalq “Golden Byte” müsabiqəsinin dünya finalından üçüncülüklə qayıtdılar
Azərbaycan Universitetinin IT komandası beynəlxalq "Golden Byte” (Qızıl Bayt) yarışmasının dünya finalını üçüncülüklə yekunlaşdırıb.
Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən beynəlxalq müsabiqədə Məmməd Kərimli (Kompüter mühəndisliyi), Tural Səlimli (Maliyyə) və Fəhmin Zakirlidən (Kompüter müəhdisliyi) ibarət komandamız müsabiqədə "Elektrik sərfiyyatına nəzarət” (Savefy) layihəsi ilə "Internet of things - İnnovasiya layihələri” nominasiyası üzrə mübarizə aparıb.
"Golden Byte” (Qızıl Bayt ) beynəlxalq çempionatı STEP Kompüter Akademiyasının (STEP IT Academy) təşkilatçılığı ilə 9 ildir ki, keçirilir. Azərbaycanın ilk dəfə iştirak etdiyi "Golden Byte 2017” üçün yalnız Azərbaycanda 780 iştirakçı qeydiyyatdan keçmişdi, seçim turlarına 450 iştirakçı, final mərhələsinə isə 100 nəfər yüksəldi.
Layihələr 8 fərqli nominasiyada təqdim olunmuşdu – Start Up Сhallenge, Web Project, Game Design, Character Design, Mobile Development, Internet of things və 10-17 yaş arası iştirakçılar üçün Junior Competition. Təqdim olunmuş layihələrin əsas mövzusu isə "Invent. Create. Change (İcad et. Yarat. Dəyiş”) idi.
BAKU.WS
Oxşar xəbərlər
Öz beyin bacarıqlarını sınamağa hazırsan? Red Bull Mind Gamers sənin beyninin hüdudlarını sınamaq istəyir
Biz hamımız əqli səviyyədə sınanmağı xoşlayırıq, buna görə də gündəlik krossvord həll edirik və ya kompüter oyunları oynayırıq. Heyrətamiz və yeni qlobal platf...