Titanik gəmisinin illər sonra çəkilən görüntüsü alimləri şoka saldı - VİDEO
22
avq
2019
15:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Batmayan gəmi" olaraq hazırlanmış lakin dəniz tarixində ən böyük faciələrdən birinə səbəb olan Titanik-in yeni görüntüləri yayımlanıb. BAKU.WS "Reuters"ə istinadla xəbər verir ki, fərqli millətlərdən olan bir qrup tədqiqatçı Titanik gəmisinin qalıqlarını araşdırmaq üçün okeanın dibinə enib. 15 aprel 1912-ci ildə batan gəmi hazırda Atlantik okeanının 3,800 metr dərinliyindədir. Bu gün 107 yaşı olan gəminin yüksək keyfiyyətli videosu çəkilərək ictimaiyətə təqdim edilib. Tədqiqatçıları təəccübləndirən bir neçə məqam da üzə çıxıb. Belə ki, gəminin metal yeyən bakteriyalar tərəfindən məhv edilməyə başlandığı məlum olub. Bununla yanaşı, okean axınları və duzlu su da gəminin qalıqlarının məhvinə səbəb olur.
Oxşar xəbərlər
İran gəmisinin Azərbaycan sahilində batma anı - VİDEO
Ötən gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng”...