Timati Bakı bulvarında pulsuz burger paylayacaq
07
okt
2019
11:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur "Black Star Burger” fast-food şəbəkəsinin Bakıda rəsmi açılışı olacaq. Giriş pulsuzdur.Oktyabrın 7-də saat 15.00-dan etibarən başlayacaq açılış Milli Parkda – Kukla Teatrının arxasındakı meydançada baş tutacaq.BAKU.WS xəbər verir ki, açılışa məşhur rusiyalı müğənni, "Black Star Burger”in sahiblərindən Timati də təşrif buyuracaq. Timati açılışda özü burger hazırlayacaq və 1000 ədəd burgeri iştirakçılara paylayacaq.Açılışda şou-biznesin məşhurlarından Murad Dadaşov, Zamiq Hüseynov, Sevda Yahyayeva və başqaları da səhnədə yer alacaq. Açılış mərasimində xüsusi hədiyyələr olacaq.Qeyd edək ki, hazırda paytaxtımızda Bülbül prospekti 21-də (Nizami kinoteatrı ilə üzbəüz) fəaliyyət göstərən "Black Star Burger”in daha bir filialı "28 Mall” Ticarət Mərkəzinin yuxarı mərtəbəsində açılmaq üzrədir.
Oxşar xəbərlər
Timati moskvalıları qəzəbləndirən klipini "Youtube"dan sildi - VİDEO
Rusiyanın məşhur reperi Timati həmkarı Qaf ilə birlikdə çəkdirdiyi klipini "Youtube"dan silib.BAKU.WS xəbər verir ki, o, bu addımı sosial şəbəkələrdəki mənfi rə...