Timati moskvalıları qəzəbləndirən klipini "Youtube"dan sildi - VİDEO
10
sen
2019
14:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın məşhur reperi Timati həmkarı Qaf ilə birlikdə çəkdirdiyi klipini "Youtube"dan silib.BAKU.WS xəbər verir ki, o, bu addımı sosial şəbəkələrdəki mənfi rəyləri görə bu addımı atmağa məcbur olub."Moskva" adlanan ekran işi 7 sentyabr Şəhər Günündə təqdim edilmişdi. Mahnıdakı "Mitinqlərə getmirəm" və "Sobyanin uğrunda burger yemirəm" kimi misralar moskvalıları qəzəbləndirib. Klip 2 gün ərzində 1 milyondan çox dislike toplayıb. Cəmi 63 bəyənmə gəlib.Timati "İnstagram" hesabında sözügedən klipi sildiyini elan edib:"Öz şəxsi fikirlərimi yetərincə sərt şəkildə söyləmək, bəli, mənim stilimdir. Lakin bu qədər insanı qəzəbləndirmək istəməzdim. Mənə bu xaos dəqiq lazım deyil. Dostlar, bu mənfi dalğanın davam etməməsi üçün bu videonu silirəm. Kimi isə incitmək məqsədimiz yox idi". Qaf isə öz növbəsində mahnıya və klipə görə izləyicilərdən üzr istəyib. O, siyasi məsələlərdən xəbərdar olmadığını bildirib.
Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Emin Dominikan gözəlini klipinə çəkdi- VİDEO
Xalq artisti Emin Ağalarov "Nejnaya" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.BAKU.WS xəbər verir ki, xalq artisti sosial şəbəkədə etdiyi paylaşımda ekran...