Tikintisi davam edən milyonluq villa SATIŞDA

Hollivudun məşhur cütlüyü – Oskar mükafatlı aktrisa Emma Stoun və komediya aktyoru əri Deyv MakKeri Teksas ştatının Ostin şəhərində yerləşən dəbdəbəli malikanələrini inşaatı hələ tamamlanmadan satışa çıxarıb. Məşhurlar bu mülk üçün 26,5 milyon dollar tələb edir. Malikanənin inşaatı başa çatmadan satışa çıxarılması isə maraq doğurub.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Austin şəhərinin ən nüfuzlu yaşayış məhəllələrindən biri olan Tarrytown ərazisində yerləşən bu prestijli əmlak 1.24 dönüm torpaq sahəsində salınıb. Əsas yaşayış evində 4 yataq otağı, ərazidə isə ayrıca 2 otaqlı qonaq evi, həmçinin kinoteatr və əyləncə zonası ilə təchiz olunmuş qaraj mövcuddur.

Malikanə Lake Austin sahilinə yaxın ərazidə yerləşir və göldəki qayıq rampasına cəmi yarım mil məsafədədir. Layihəyə xüsusi üzgüçülük hovuzu da daxildir. İnşaat işlərinin bu yay tamamlanacağı gözlənilsə də, cütlüyün malikanəni niyə bu mərhələdə satışa çıxarması ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Yayımlanan fotolara əsasən, tikinti işləri böyük ölçüdə tamamlanıb və mülk artıq yaşayış üçün hazır vəziyyətə yaxın görünür.

Oxşar xəbərlər
Qayınanasından danışan Sevda: "Heç vaxt heç nəyə qarışmır"
Müğənni Sevda Yahyayeva şəxsi həyatı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı qayınanası Svetlana Bayramovadan danış...
