"İşte benim stilim"in qalmaqallı iştirakçısı sevgilisi tərəfindən döyüldü (FOTO)
"İşte benim stilim" qalmaqallı iştirakçısı Nazlı Hamarat bu dəfə sevgilsinin onu döydüyü iddiası ilə gündəmə gəlib.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, ötən həftə Nazlı sosial şəbəkələrdə sevgilisinin onu döyməsi haqda yazıb. Sevgilisi Doruk Haybat isə iddiaları təkzib edib:
"Mən memaram. 2005-ci ildə Nazlıyla ortaq dostlarımız sayəsində tanış olduq. Dost idik, amma sevgili olmadıq. Avqusta bir dostum mənə dedi ki, "əri Nazlını döyür, kaş ki sən onunla evlənsəydin". Mən də dəstək üçün Nazlı ilə əlaqə saxladım. Bir şeyə ehtiyacı olarsa, kömək edəcəyimi bildirdim. O bunu sevgi münasibəti kimi başa düşdü. Sevgili kimi davranmağa başladı. Məsələyə Emir müdaxilə etdi. Həyat yoldaşıma bir də zəng etmə dedi. Evliliklərində problem yaratmamaq üçün əlaqəni kəsdim. Emir öləndə Nazlıya başsağlığı verdim. "Emirlə ulduzumuz barışmadı, amma heç kim belə ölümə layiq deyil" mesajını yazdım. Bu mesajdan sonra Nazlı mənimlə dərdləşmək üçün görüşdü. Bundan sonra münasibətimiz başladı", - deyə Doruk Haybat bildirib.
Onun sözlərinə görə, Nazlı ilə aralarındaki münaqişə qısqanclıq zəminində baş verib:
"Bizim ev iki mərtəbədir, birinci mərtəbədə anamla atam, ikinci mərtəbədə isə Nazlı ilə mən qalırdım. Bir gün keçmiş sevgilim mənə mesajla mahnı atmışdı, mən də nəzakət xatirinə ona təbiətin əks olunduğu bir klip atdım. Ondan bir gün sonra Esin mənə "bir gün bura gedərik" mesajını atıb. Həmin vaxt mən hamamda olduğum üçün Nazlı mesajı açıb oxuyub. Hamamdan çıxanda "Esinlə yazışırsan demək. Mən bu evdən gedirəm" dedi. Ona məsələni izah etməyə çalışdım, amma o başa düşmək istəmədi. Telefonumu divara çırpdı. Söyməyə başladı, əlinə keçəni mənə tərəf atdı. Qışqırmağa başladı, anamla atam səsə gəldi. Onu vurmamışam. Əksinə o mənə hücum etdi. O dırnaq izləri necə yaranıb bilmirəm. Polislər gəldiyində mənə yaxınlaşıb "ifadə verəcəksən" deyə soruşdu. Mən də bilmirəm, nə istəyirsən et dedim. Daha sonra meneceri Alp gəldi, geyimlərini yığıb getdi".
Sevgilisi Nazlının bunun reklam üçün etdiyini deyib:
"Yeni mahnı buraxıb. Xeyirli, uğurlu olsun. Reklam üçün hər şey edər bilirdim, amma məndən istifadə edəcəyi ağlıma gəlməzdi".
Nazlı Hamarat isə sevgilsinin dediklərinin yalan olduğunu, ona şiddət göstərdiyini bildirib. Bədəndi olan xəsarətlərin şəklini çəkərək İnstaqram hesabında paylaşıb.
BAKU.WS
Oxşar xəbərlər
Tünzalə Ağayevadan qızı Fidanla bağlı paylaşım
Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla görüntülərini paylaşıb. BAKU.WS xəbər verir ki, sənətçi övladının doğum günü olduğunu vurğulayıb. Qızı ilə fotolarını...