Tatlısesin qızının polisin üzərinə maşın sürdüyü görüntülər yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni İbrahim Tatlısesin qızı Dilan Çıtakın maşınını polisin üzərinə sürdüyü görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, videoda Dilanın polisin "saxla" əmrinə tabe olmayaraq onun üzərinə sürdüyü kadrlar əks olunub.
Hadisə Bodrumda Dilan istirahətdən qayıdarkən yaşanıb.
O yol hərəkətİ qaydalarını pozub. Bu zaman polis saxlayaraq ondan sürücülük vəsiqəsini istəyib. Sənətçi qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra havaya atəş açılıb. O maşını saxlamaq məcburiyyətində qalıb.
Avtomobildən düşən Dilan Çıtak polisin müşayiəti ilə bölməyə aparılıb. O ağlayaraq polisin üzərinə maşın sürmədiyini bildirib.
Oxşar xəbərlər
Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan"
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin...