Tarkan: “Bu millətə yazığınız gəlsin”
"Nə qədər pis olduğumu, ürəyimin necə ağrıdığını təsəvvür edə bilməzsiniz. Bu ölümlər nə zaman bitəcək? Nə zaman rahat yaşayacağıq? Biz nə vaxt günə gözəl ümidlərə başlayacağıq? Bu millətə, ölkəyə yazığınız gəlsin”.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri meqa-star Tarkan Tevetoğlu bir neçə gün öncə İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsinə münasibət bildirərkən deyib.
O, terror zamanı həyatını itirən insanların ailələrinə başsağlığı verib. Terroru lənətlədiyini qeyd edib.
Xatırladaq ki, dekabrın 12-də gecə İstanbulun mərkəzindəki "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, teror hadisəsi törədilib. Hadisə Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.
Terror nəticəsində 50-yə yaxın insan ölüb.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
İstanbuldakı partlayışda ölənlərin sayı 44-ə çatıb
Dekabrın 10-da Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Trend "Haber 7" qəzetinə istinadən verdiyi məluma...