İranda saxlanıldığı deyilən Qəzənfər Abbasov: "Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılması ilə bağlı məlumatlar yayılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qəzənfər Abbasov bildirib ki, o, səhhəti ilə bağlı İrana gedib:
"Məni aeroportda bir saat və saatyarım saxladılar. Sonra İran Prezidenti Məsud Pezeşkian ilə şəklimi göstərdikdən sonra məni buraxdılar. Mənim bu qədər vaxt ərzində aeroportda qalmağım və gözləməyim çox güman ki, xanəndə olmağım və tanınmağımla bağlıdır. Yəni, başqa heç bir səbəb yoxdur. İnsanlar məsələni şişirtməyi sevirlər".
*** 10:10
Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.
BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q. Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...