Tanınmış aktyor yanlışlıqla başqa qadının fotosunu paylaşdı - Sevgilisinin şərhi gündəm oldu

Tanınmış aktyor yanlışlıqla başqa qadının fotosunu paylaşdı - Sevgilisinin şərhi gündəm oldu
Foto
Şou-biznes 133

Məşhur cütlük Kerem Alışıkla Evrim Alasya qısa müddət eşq yaşadıqdan sonra ayrılıb.

BAKU.WS xəbər verir ki, yaxınları onların barışacağını gözlədiyi halda Keremin yanlış bir addımı hər şeyi tamamilə bitirib.

Belə ki, Alışık sosial şəbəkədə başqa bir qadının fotosunu paylaşıb. Daha sonra bu vəziyyəti fərq edib qısa müddət ərzində paylaşımı silib, lakin bu şəkil Alasyanın diqqətindən yayınmayıb. O keçmiş sevgilisinin paylaşımına "Yaraşır" sözünü yazıb.

Alasya isə sosial şəbəkədə "Əgər birinə nə hiss etdiyinizi dəfələrlə eyni şəkildə demək məcburiyyətində qalırsınızsa və heç nə dəyişmirsə, anlayın ki, o insan sizə hörmət etmir" sözlərini yazaraq Alışıka ismarış göndərib.

Onu da bildirək ki, Evrim Alasya ilə Kerem Alışıkın birlikdə səhnəyə çıxdıqları "Aşk Biter Mi?" adlı tamaşanın nümayişi ləğv edilib. Bilet alanlara ödənişləri geri qaytarılacaq.

Son xəbərlər