Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan
Şou-biznes 1242

Bir oktyabr tarixində Azərbaycanın Fransadakı səfirliyi və Fransız – Azərbaycan Dialoqu Assosiasiyasının dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Tamilla Gasanovanın “Azərbaycanda tətil” adlı fərdi sərgisinin açılışı baş tutmuşdur.

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

Rəssam Azərbaycanı xarici publikaya tamamilə yeni abu-havada təqdim edərək, öz qeyri-adi konsepsiyası ilə hər kəsi valeh etmişdir. İlk baxışdan mümkünsüz görünən, onillikləri və dünyanın müxtəlif istiqamətlərini bir arada birləşdirməyi bacaran rəssamın işləri bizə səyahət, dövrlərin ruhunu, şarm və gözəl ölkəmizin aurasını ehtiva edir.

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

«Sərgi ideyası bir neçə müddət əvvəl yaranmışdır, belə ki, mən Azərbaycanı romantik, cazibədar, cəlbedici, Şərq və Qərbin qovuşduğu məkan olaraq ahəngdar bir şəkildə təqdim etmək istərdim.

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

Beləliklə hər şey öz yerinə uyğunlaşdı və mən “50-ci illərin obrazı” konsepsiyasını müasir Azərbaycana daşıdım. New look obrazlı qızlar Bakının mərkəzində gəzərək, şəhərin görməli abidələrinə nəzər salır və onun əsrarəngiz abu-havasına qərq olurlar. Dağ xizəyi idman sevərləri Şahdağın ətəyində, sakit, mülayim təbiətsevərlər isə funikulyorun ən üst nöqtəsində peyzajdan həzz alırlar. Gənc oğlan tələsmədən şəhərin küçələrində gəzir.

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

Öz yarını görmək arzusunda olan gənc qız Murtuza Muxtarovun sarayına nəzər salır, bu binanın tarixində inanılmaz sevgi gizlənir. Bütün bu, öz müxtəlifliyi və tayı bərabəri olmaması ilə seçilən Azərbaycandır.

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

Mənim üçün ruh, aura və emosiyaları ötürmək çox vacibdir – bu rəssamın təqdim etmək istədiyi bir işdir. Çünki rəsm əsərində yalnız gözlə görünən, duyulan deyil, həmçinin daxildə gizlənən, izah oluna bilməyən bir sirr yatır. Azərbaycan məhz belədir: onu sözlərlə ifadə etmək olmur – onu yalnız hiss etmək lazımdır….»

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

Paris sərgisi gənc rəssamın Avropada debütü oldu. Rəssamın Bakıda üç fərdi sərgisi keçirilmişdir. Onlarda biri məhs “50-ci illərin obrazları” konsepsiyasında təqdim olunaraq “Art payız festivalı” çərçivəsində Port Baku ticarət mərkəzində “Spirit” adlı fərdi sərgi idi ki, davamını bugünki Paris sərgisində tapdı. Həmçinin bu ilin yazında Tamillanın ötən əsrin 50-ci illərindən bu günümüzə qədər olan “Formula 1” yarışlarına həsr edilmiş sərgisi də baş tutmuşdur. Bu da öz növbəsində Azərbaycan incəsənətində bir yenilik idi.

Tamilla Gasanovanın Parisdə keçirilən fərdi sərgisində - əsrarəngiz Azərbaycan

Rəssamın əsərləri bütün dünyada fərdi kolleksiyalarda saxlanılır.

Paris sərgisi 7 oktyabr 2018-ci ilədək davam edəcək.

Son xəbərlər