Soner Sarıkabadayı Bakıda "Gəl, inad etmə" oxudu - VİDEO

Soner Sarıkabadayı Bakıda Gəl, inad etmə oxudu - VİDEO
Video
Şou-biznes 134

Məşhur müğənni Soner Sarıkabadayı Bakının qonağı olub.

BAKU.WS xəbər verir ki, sənətçi "Elektra Events Hall"da sevənləri qarşısında çıxış edib. O, konsert zamanı sevilən ifalarını səsələndirib.

Musiqili proqramda Sarıkabadayı pərəstişkarlarına sürpriz edib. O, "Gəl inad etmə" mahnısını Azərbaycan dilində səsləndirib.

Sonerin bu ifası musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, "Gəl, inad etmə" mahnısının həm sözləri, həm də musiqisi bəstəkar və şair Bəhram Nəsibovundur. Bu kompozisiya mərhum Xalq artisti İslam Rzayevin ifasında məşhurluq qazanıb. Bəhram Nəsibovun ali musiqi təhsili olmadığına görə onun imzasını göstərmək qadağan olunub.

Bu səbəbdən "Gəl, inad etmə" mahnısı İslam Rzayevin mahnısı kimi tanınıb. Müğənnilərin ifasında və Xumar Qədimovanın bu mahnıya çəkdirdiyi klipdə mahnının müəllifi İslam Rzayev göstərilib.

BAKU.WS həmin görüntüləri təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər