Silsilə qətl törədənlərin çoxu bu bürclərdəndir - QOROSKOP

Silsilə qətl törədənlərin çoxu bu bürclərdəndir - QOROSKOP
Şou-biznes 901

Federal Tədqiqatlar Bürosunun (FTB) cinayətkarlara əsaslanan məlumat bazasında aparılan təhlillər nəticəsində ən çox psixopat və silsilə qətllər törədən şəxslərin bürcü açıqlanıb. Siyahı bəzi məqamlarda təəccüb doğursa da, bəzən insanların, "Mən bunu bilirdim", - deməyinə səbəb olur.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ən təhlükəli bürclərin siyahısı belədir:

Xərçəng

Təəccüblü olsa da, bürclərin "cinayət maşını" xərçənglər çıxıb. Xərçəng ən çox psixopat olan bürclər siyahısının başındadır. Ani parlayan xarakterləri ilə xərçəng ən çox qətl törədən 1-ci bürcdür. Bundan əlavə, bu bürcün törətdiyi qətllərin əksəriyyəti digər bürclərdən fərqli olaraq, qısqanclıq kimi emosional əsaslara söykənir.

Əqrəb

Onların sirli təbiəti və qorxmazlığı əqrəbi statistik olaraq ikinci ən təhlükəli bürc edir. Özlərinə edilən pisliyi heç vaxt unutmayan, amansızlığa cavab verməkdə məşhur olan əqrəb bürcünə mənsub cinayətkarların qorxulu tərəfi, törətdikləri qətllərin çoxunu qurban üçün ağrılı və sadist üsullarla törətmələridir. Təbii ki, dünyanın ən məşhur psixopatlarından biri olan Çarlz Mensonun da əqrəb olması təsadüfi deyil.

Oxatan

Dünyada ən nadir bürc olmasına baxmayaraq, bu qədər çox cinayətkarın olması oxatan bürcünü həqiqətən təhlükəli edir. Cinayət aləminin padşahı olan oxatan bürcünün siyahının başında olmamasının yeganə səbəbi odur ki, o, qətllərin çoxunu özü deyil, tabeliyində olan digər insanlar törətmişdir. Xarizmatik rəftarları və zəkaları ilə ətrafdakı hər kəsin hörmətini qazanan və liderliklərini elan edən oxatan bürcləri mafiya başçısı, narkobaron, hətta prezidentlik kimi inanılmaz mövqelərə çata bilirlər. Filmlərdə və televiziya şoularında eşitdiyiniz cinayətkarların çoxu oxatandır.(Pablo Eskobar, Ted Budi, Lucky Luciano, Çarlz Bronson və hətta Stalin)

Buğa

Hirsli, iddialı təbiəti, cəsur və güclü xarakterləri ilə tanınan buğalar qatil sıralamasında ən yüksək yerdədirlər. Onlar saf pislikdən və ya psixopatiyadan çəkinmirlər, ancaq şəxsi maraqları üçün qətllər törədirlər. Bunu təsdiqləyən başqa bir statistika, buğaların fırıldaqçılıq kimi pul məsələlərində daha çox günahkar olmasıdır.

Qoç

Ani və birdən yanıb-sönən qəzəbi ilə tanınan üsyankar və inadkar bürc olan qoç qatil sıralamasında ilk beşliyə daxildir. Qətllərin çoxu ani əsəblə baş verir və sonra peşman olurlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hansı bürclər bir-birləri ilə ayrılmaz dost olurlar? - ULDUZ FALI

Hansı bürclər bir-birləri ilə ayrılmaz dost olurlar? - ULDUZ FALI

Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir. Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz f...

12247 Şou-biznes 23:11 30 mart 2023

Son xəbərlər