Şəkər atasına görə sabah dəfn olunacaq - FOTO

Şəkər atasına görə sabah dəfn olunacaq - FOTO
Foto
Şou-biznes 15208

Ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızının meyiti ailəsinə təhvil verilib.

BAKU.WS "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun meyiti hadisə günü doğulduğu Qusar rayonunda aparılsa da, dəfn mərasimi sabah baş tutacaq.

Mərhumun yaxınları Şəkərin atası Faiq Xasmətovun bu gün Rusiyadan gəlməsini gözləyirlər.

Qeyd edək ki, BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olmuş Şəkər nişanlı idi. Xəstəxanaya gələnə qədər nişanlısı onun ölümündən xəbərsiz olub. O, Şəkərin öldüyünü xəstəxanada öyrənib.

Onu da əlavə edək ki, Şəkərlə yanaşı, onun otaq yoldaşları, Quliyeva Dilrubə və İbadova Həmidə də qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hər iki tələbənin durumunun yaxşı olduğu bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Zəhərlənən tələbələrin rəfiqələrinin ürək dağlayan sözləri - VİDEO

Zəhərlənən tələbələrin rəfiqələrinin ürək dağlayan sözləri - VİDEO

Bakı Dövlət Universitetinin 2№li yataqxanasında zəhərlənmə hadisəsinin yeni təfərrüatları məlum olub. BAKU.WS APA TV-yə itinadla xəbər verir ki, həkimlər Mətbu...

8203 Hadisə 16:50 22 noyabr 2019

Son xəbərlər