BDU-nun yataqxanasında ölən qız nişanlı imiş - FOTO
BDU-nun yataqxanasında ölən qız nişanlı olub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova nişanlı olub.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.
Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.
Digər zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.
Bunlar Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.
Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.
Qalereya
Oxşar xəbərlər
Şəkər atasına görə sabah dəfn olunacaq - FOTO
Ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızının...