Şəbnəmdən Vasifə: "Övladımın atasının kim olduğunu gözəl bilir" - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Şəbnəm Qəhrəmanova arasında qalamaqal yaşanıb.
BAKU.WS xəbər verir ki, bir müddət əvvəl Şəbnəm məclislərdən birində Vasifin "Xəsis" olduğunu deyib. Daha sonra "10-da görüşək" proqramına qonaq olan Məhərrəmli söylədiyi sərt sözlərilə həmkarına qarşılıq verib:
"Məclislərdən birində xanım həmkarım mənim xəsis olduğumu deyib. Bilmirəm, harada görüb xəsisliyimi. Şəbnəmi hara aparıb pulunu verməmişəm, yadımda deyil. Ailə də qurmamısan, toyun da olmayıb. Sən de görək, övladının atası kimdir".
Vasifin ağır ittihamlarına Şəbnəmin cavabı gecikməyib. O, instaqram hesabında paylaşım edərək bu sözləri Məhərrəmliyə yaraşdırmadığını deyib:
"Vasif bəyə həmişə bir sənətçi kimi hörmətim olub. Dəfələrlə eyni masada əyləşib çörək kəsmişik. İndi sual verir ki, uşağımın atası kimdir? Halbuki masalarda övladımın atasıyla bir əyləşib. Kim olduğunu da çox gözəl bilir. Deyir ki, yaş məsələsinə görə, mənə "xəsis" deməzdi, bu hadisə illər öncə olub, mən orada çörək kəsdiyim adamın adını zarafatla çəkmişəm və bir yaxınım kimi ərk etmişəm.
"Xəsis"lik mövzusunu elə şişirdir ki, sanki bu söz təhqirdir. Halbuki illərdir Türkiyə mediası Emrahı xəsis adlandırır və bu fikirlər Emrahın vecinə deyil. Vasif bəy də mənim kimi məsələyə yumoristik yanaşsa, üzüyünün qaşı tökülməzdi.
Orada deyir ki, "Şəbnəmi hara aparıb pulunu verməmişəm". Necə çirkin, bir azərbaycanlı bəyə, məndən böyüyə yaraşmayan fikirlərdir. Halbuki mən heç kimin şəxsiyyətini təhqir etməmişəm. Ancaq bu adam məni efirdə, milyonların qarşısında təhqir edir. Bu da qadına şiddətin bir növüdür. Şiddət elə vurmaq, döymək deyil ki. Vasif bəyin etdiyi psixoloji şiddətin özüdür, televiziyaya baxan tamaşaçılar bu hərəkətdən hansı nümunə götürə bilərlər?"
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...