Şəbnəm Tovuzlu efirdə göz yaşlarını saxlaya bilmədi - VIDEO

Şəbnəm Tovuzlu efirdə göz yaşlarını saxlaya bilmədi - VIDEO
Şou-biznes 418

Müğənni Şəbnəm Tovuzlu övladlığa verilən böyük bacısından danışıb.

BAKU.WS xəbər verir ki, “Onun sirri” proqramına qatılan sənətçi üzünü heç vaxt görmədiyi bacısının kim olduğunu öyrənmək istəyir.

Bu haqda danışarkən göz yaşlarına boğulan müğənni həyatda iki arzusundan birinin bacısını görüb, tanımaq olduğunu bildirib:

“Bu haqda məlumatım olmadığı üçün dərinə getmirəm. Amma demək istəyirəm ki, mənim həyatda doğmalarım, balalarım canım ailəmdi.

O da mənim bir parçamdırsa, onu məndən gizlətməyin. İllərlə gizlətmisiniz. Mən əminəm ki, o da bizim bacı olduğumuzu bilmir, sadəcə atası-anası bilir.

Təki mənə desinlər ki, o kimdir? Mən ona bildirmərəm. Buradan kimə müraciət edirəm, özləri bilirlər. O, məndən böyükdür, amma tanımaq istəyirəm.

Başa düşürəm, övladlıq veriblər. Qohumlar içərisindədir. İstəmirlər, onun övladlıq olduğunu özü bilsin. Adı Sevildir. O, məndən əvvəl doğulub.

Həyatda iki arzum var: Birincisi, istəyirəm anam bir dəfə də olsa yuxuma girsin, mən bir yaşım olanda anamı itirmişəm, buna görə də onu xatırlamıram. İkinci arzum isə bacımı tanımaqdır. Onun kimliyini öyrənməkdir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər