İş adamı aktrisaları tapança ilə döydü - Biri Rafet El Romanın eks həyat yoldaşıdır - FOTO

11
sen
2019
16:28
Türkiyəli maniken və aktrisa Ceren Kaplakarslan və anası - aktrisa Nuray Deveci Yeşiltepe döyülüb.BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hamiləliyin 6 ayında olan 30 yaşlı aktrisa sevgilisi - iş adamı Temel Kankıran tərəfindən döyülüb.Hadisə 1 sentyabr tarixində Ataşehirdə baş verib. Hamilə Ceren Kaplakarslan anası Nuray Deveci Yeşiltepe ilə birlikdə həkim müayinəsi üçün özəl xəstəxanaların birinə gəliblər. Bu zaman Kaplakarslanın sevgilisi Temel Kankıran da xəstəxanaya gəlib. Müayinə başa çatdıqdan sonra anası ilə bərabər avtomobilə tərəf hərəkət edərkən Temel onlara yaxınlaşaraq danışmaq istədiyini deyib.
Dialoq mübahisə ilə davam edib. Temel Kankıran belindəki tapançanı çıxararaq Ceren Kaplakarslanın başına dayayıb. Aktrisanın anası qızını qorumaq istəyərkən acıqlı sevgili silahın dəstəyilə qadını vurub. Daha sonra Cerenin üzündən zərbə endirib. Hər ikisi zərbələrdən yerə yıxılıb. Temel onları yerdə təpikləməyə başlayıb.
Ətrafdakı insanlar ana və qızın köməyinə yetişiblər və təcili yardımla xəstəxanaya aparılıblar. Cinayəti törədən iş adamı Temel Kankıran saxlanılıb. Barəsində həbs hökmü çıxarılaraq həbsxanaya göndərilib.Qeyd edək ki, Ceren Kaplakarslan məşhur müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.
Aysel



Oxşar xəbərlər
Üç uşaq anası sevgilisi tərəfindən qətlə yetirilib
Bakıda 3 uşaq anası qətlə yetirilib. Hadisə ötən gün səhər saatlarında Bakının Bayıl qəsəbəsində baş verib.1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı A...