Sevinc Sarıyeva: "Atam ad günüm ərəfəsində əsir düşdü"

Sevinc Sarıyeva: Atam ad günüm ərəfəsində əsir düşdü
Video
Şou-biznes 70

Əməkdar artist Sevinc Sarıyeva həyatında olan xüsusi günləri heç vaxt qeyd etmir.

BAKU.WS xəbər verir ki, o bu barədə dəvət aldığı "Qonaqcanlı" verilişində bildirib.

Sənətçi qeyd edib ki, atası illər əvvəl I Qarabağ Müharibəsi zamanı ermənilərə əsir düşüb. Bu da onun ad günü ərəfinə təsadüf edib. O səbəbdən heç vaxt özəl günləri qeyd etmir:

"Mən özəl günləri qeyd etmirəm. Atam bu ayda əsir düşmüşdü. Elə mənim ad günü ərəfəmdə əsir düşdü. Mənim bütün arzularım atamla bağlı olub. Onun əsir düşəndə 60 yaşı var idi. Bir il üç aydan sonra atamı əsirlikdən qaytardılar.Lakin elə bir canlı cəsədini qaytardılar. Çox işgəncələrə məruz qalmışdı".

Ətraflı videoda:

Son xəbərlər