Sevda Yəhyayeva: “Söz vermişəm, bu haqda danışmayacam”

Sevda Yəhyayeva: “Söz vermişəm, bu haqda danışmayacam”
Şou-biznes 294

Müğənni Sevda Yəhyayeva bir müddət əvvəl ana olacağı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, bu haqda “10-da görüşək” proqramında danışan sənətçi o müsahibəsi zamanı elə ifadələr səsləndirmədiyini bildirib:

“Utanıram belə şeylər danışmağa... Həmin müsahibə zamanı mən tamamilə fərqli bir şeydən danışmışdım. Amma başqa cür oldu.

Özümə söz vermişəm, bir də bu haqda verilişlərdə danışmayacam. Mənə sual verdilər ki, “Pandemiya bitdikdən sonra toy etmək fikriniz var?

Mən də cavab verdim ki, hər bir gənc həyatında xoş günün olmasını istəyər. Biz də fikirləşirik icazə olarsa, toy edək...

Sonra sual verdilər ki, “Siz gələcəkdə övladınızın qız olmasını istəyərdiniz, yoxsa oğlan?"

Mən də mənim üçün fərqi olmadığını, əsas sağlam və gözəl övlad olmağını bildirdim.

Mənim bu cümlələrimi montaj edib ortaya başqa bir şey çıxarıblar”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər