Serenay Sarıkaya: "Çox həyəcanlıyam"

Məşhur aktrisa Serenay Sarıkaya İstanbulun Etiler rayonunda kameralara tuş gəlib.
BAKU.WS bu barədə "Habertürk"ə istinadən xəbər verir.
Yeni layihəsi haqqında danışan aktrisa deyib:
"Yeni layihəmizə görə çox həyəcanlıyam, ilk reaksiyalar çox yaxşıdır. Gülməyimlə bağlı şərhlər olub, amma nə edə bilərəm mən belə gülürəm".
Xatırladaq ki, bir müddət əvvəl Serenay Sarıkaya, Metin Akdülger, Boran Kuzum, Hakan Kurtaş və Esra Ruşanın yer aldığı "Kimler Geldi Kimler Geçti" serialının təqdimat mərasimi keçirilib. Media nümayəndələri ilə söhbət zamanı Sarıkayanın gülüşü mərasimə damğa vurub.
Oxşar xəbərlər
Serenayın bu görüntüləri olay oldu - VİDEO
Baş rollarda Serenay Sarıkaya, Metin Akdülger, Boran Kuzum, Hakan Kurtaş və Esra Ruşanın yer aldığı "Kimler Geldi Kimler Geçti" serialının təqdimat mərasimi keç...
