Serdar Ortaç ev həbsində nələr yaşayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur müğənnisi Serdar Ortaç qeyri-qanuni mərc fəaliyyətinə təşviq ittihamı ilə ev həbsinə məhkum edildiyi dövrdə başına gələnləri paylaşıb.
BAKU.WS aksam-a istinadən xəbər verir ki, Ortaç həmin çətin dönəmdə yaşadığı stressin sağlamlığına ciddi təsir etdiyini bildirib.
Daha öncə borclarını ödədikdən sonra musiqi karyerasını bitirib kəndə yerləşəcəyini deyən müğənni ev həbsində üzləşdiyi vəziyyətləri belə ifadə edib:
"Ev həbsində qolumdakı elektronik bilərziklə gəzərkən stresdən sol qolum və sol ayağımdakı hissiyatı itirdim. Yeriməkdə çətinlik çəkdim, amma indi daha yaxşı olmaq üçün buradayam."
Xatırladaq ki, Serdar Ortaç ev həbsindən sonra bəraət alıb və ilk konsertini verib. Müğənninin bu açıqlamaları pərəstişkarları arasında geniş rezonans doğurub.
Oxşar xəbərlər
Xalq artistinin oğlu Çində Ali təhsil alır
Xalq artisti Miri Yusifin oğlu Çində maliyyə üzrə təhsil alır. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində bildirib. O böyük oğlu Mircahi...