Səmra Rəhimlinin avtomobilinə hücum edildi

Müğənni Səmra Rəhimlinin başına iş gəlib.
BAKU.WS xəbər verir ki, sənətçinin şəxsi avtomobilinə hücum edilib.
Bu haqda BAKU.WS-ə açıqlama verən ifaçının anası İlahə Rəhimli maşının şüşəsinin sındırılaraq qızının bəzi əşylarının oğurlandığını bildirib:
"Hadisə Binəqədi rayonu ərazisində baş verib. Tanımadığımız bir şəxs qızımın qırmızı rəngli “Chevrolet Camaro” markalı avtomobilinə hücum edib. Maşının şüşəsini sındırıb. Bəzi əşyalarını da götürüb aparıb. Bununla bağlı Səmra Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib".
Xatırladaq ki, ifaçının həmin maşını ad günündə anası İlahə xanım hədiyyə edib.
Oxşar xəbərlər
"Golden People Awards" sahiblərinə çatdı - FOTOLAR
Bir çox biznes və media nümayəndələrinin maraq dairəsində olan «Golden People Awards» mükafatlandırma mərasimi baş tutdu. BAKU.WS-in məlumatına görə, nüfuzlu mü...
