“Sevdiyim xanım evləndikdən sonra mənimlə görüşmək istədi” – Rəhim Rəhimli (VİDEO)
"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı daima pozitivliyi ilə seçilən müğənni Rəhim Rəhimli olub.
Hər zaman konsertlərində qeyri-adi və eksklüziv nələrsə baş verən müğənnini bu dəfə də ənənələrə sadiq qalıb:
"Mahnı ifa edərkən təşkilatçı mənə işarə etdi və mən həmin dəqiqə anladım ki, burda nə isə bir sürpriz olacaq. Tariyel adında bir oğlan yaxınlaşdı. Çox gənc görünürdü. 23-24 yaşı olardı. Dedi ki, mən evlilik təklifi etmək istəyirəm. Xanım da bundan təsirləndi. Gözləri yaşardı. Mən də kövrəldim. Belə hadisələrin olması, xüsusilə də bizim konsertimizdə xoşdur”.
Hədiyyə verməyi həddən artıq çox sevən Rəhim, illər öncə hədiyyə etdiyi üzüyü üzərindən uzun müddət keçməsinə baxmayaraq, hələ də özündə saxlayan süfrəçini xatırlayıb:
"Mən hədiyyə verməyi çox sevirəm. Bu yaxınlarda Aygün xanımla bir məkana getmişdim. Bizə qulluq edən "ofisiantın” barmağında üzük gördüm. Dedim ki, barmağınızda nə gözəl üzük var. Mənə söylədi ki, bunu illər öncə mənə çox gözəl bir insan bağışlayıb. Aygün xanım soruşdu ki, kim bağışlayıb. Dedi, Rəhim Rəhimli. 8 il öncə Rəhim Rəhimli əvvəllər çalışdığımı bir məkana gəlmişdi. Orda üzüyü mənə hədiyyə etdi. O gündən bu üzüyü barmağımdan çıxarmıram. İllər keçəndən sonra sən bunu görürsən və xoşbəxt olursan”.
Rəhim Rəhimli daşı ətəyindən töküb illər öncə Türkiyədə yaşayarkən sevgi münasibətində olduğu xanıma evlilik təklifi edibmiş. Bu sevginin nə ilə nəticələndiyini müğənni eksklüziv olaraq bölüşüb:
"O zaman Türkiyədə yaşadığım illər idi. Türk bir xanım idi. O zaman tanış olduq, münasibətimiz yarandı və həmin vaxt mən evlilik təklifi etmişdim. Razılıq da olmuşdu. Ancaq bir müddət keçdikdən sonra bizim bir-birimiz üçün yaranmadığımız bəlli oldu və ayrıldıq. Bu, təsadüf edir 2002-ci ilə”.
Həmin hadisələri ətraflı xatırlamaq istəməyən superstar o illəri bir daha yada salmağın onu kövrəldəcəyini dilə gətirib:
"Bu, mənim özəlimdir. Yaşanıb və bitib. Bunun təkrar xatırlanması məni kövrəldər, incidər. Ötən müddət ərzində onu görməmişəm. Yalnız telefon bağlantısı olub. Bizim bir ortaq tanışımız var idi. Bir gün həmin tanışıma mesaj gəldi. Dedi ki, bu mesajı səninlə də bölüşmək istəyirəm. Soruşdum ki, nədir? Dedi xatırlayırsanmı? Bəlli oldu ki, həmin xanımdı. Dedi ki, onun övladı olub. Dedim ki, telefonunu ver söhbət edim. Bizim o zaman telefon bağlantımız oldu. Mən onu təbrik etdim. Dedi ki, bir gün görüşək. Mən istəmədim. O artıq ailəlidir, övladı var”.
Dəfələrlə konsert verib səhnələri yandırıb yaxan Rəhim bu qədər izdihamın, səs-küyün əhatəsində olduğu mühitdən zövq aldığı halda, körpə uşaq səsinə qətiyyən dözə bilmədiyini söyləyib:
"Bir yaş keçəndən sonra o zaman uşaq mənim üçün bir şəkərbura, qoğal olur. O zaman sevməyə başlayıram. İnsan var ki, dostunun övladını görəndə də qucağına alır, əzizləyir. Ancaq məndə belə xasiyyət yoxdu. Körpə uşaq səsi, filan. Nə bilim. Mən hesab verməyən insanam. Ona görə, hər zaman ailə olacaq, vay, hesab soracaq, vay, gecə saat necədir, vay, bu nə zəngdir, vay. Bu, məni qorxudur”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate:12698 izləyə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Rəhim Rəhimli özünü Samir Bağırova oxşatdı
Müğənni Rəhim Rəhimli özünü həmkarı Samir Bağırova bənzədib. Rəhim həmkarının illər əvvəl etdiyi imici xalq artisti Aygün Kazımovanın doğum günündə təkrarlayıb....