"Səhər Mərkəzi" verilişi yeni mövsümə start verib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Səhər Mərkəzi" verilişi yeni mövsümə start verib.
İlk efir günü Vətən uğrunda canını fəda edən şəhidlərimizə həsr olunub. Əməkdar artist Ağalar Bayramov, Xalq artisti Nazpəri Dostəliyeva, rejissor Rafiq Hacıyev, polkovnik-leytenant Elmar Hüseyn və "YAŞAT" Fondunun müdir müavini Rəbiyyə Cəfərova verilişdə iştirak edərək, şəhadətə ucalan qəhrəmanlarımızdan qürurla söz açıblar.
Rejissor Rafiq Hacıyev isə yeni çəkdiyi "26.02" filmindən bəhs edib.
Aparıcılar Tural Əsədov və Afaq Gəncəli bildiriblər ki, "YAŞAT" Fonduna dəstək vermək üçün verilişdə marafona başlanılıb.
Belə ki, verilişə gələn qonaqlara Vətəni canından çox sevən igidlərə dəstək olmaq üçün ianə etmək təklif olunacaq. Toplanan vəsaitlər isə Fonda təqdim ediləcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...