Səadət Sarayında 100 il sonra güllə səsi eşidildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Qətl planı” seriyasından olan filmdə milyonçunun qətlinin bir neçə versiyası rekonstruksiya edilərək tamaşaçılara təqdim olunacaq.
“Qətl planı”nda bolşeviklərin Muxtarovun yaşadığı evə (hazırkı Səadət Sarayı) atla daxil olması, milyonçunun həyat yoldaşı Liza Tuqanovanı gizlətməsi, özünün isə sona kimi mərd şəkildə mübarizə aparması nümayiş olunub.
Filmdə tarixçilərin fikirlərinə də yer ayrılıb.
Ssenari müəllifi İlqar Fəhminin, quruluşçu rejissoru Ramil Ağasıyevin olduğu bədii-sənədli filmdə ölkənin tanınmış aktyorları rol alıb.
“Qətl planı” mayın 6-sı saat 21:30-da AzTV-də yayımlanacaq
Qalereya
Oxşar xəbərlər
20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq - VİDEO
Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli film çəkib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətini...