Samirə Əliyeva qurumlara irad tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Aşıq Samirə Əliyeva sosial şəbəkədə bəzi qurumlara müraciət edib.
BAKU.WS xəbər verir ki, aşıq paylaşımında milli musiqi alətlərinin düzgün təqdim olunmasının vacibliyini vurğulayıb.
"Saz aləti ilə paylaşım edən hörmətli qurumlar! Xahiş edirəm, diqqətli olun. Təqdim etdiyiniz alət Azərbaycana məxsus saz deyil. Digər xalqlara aid olan, saza bənzər bir musiqi alətini saz kimi təqdim edirsiniz. Hər zaman dəstək olmağa hazıram. Yetər ki, doğru olanı təqdim edək. Milli dəyərlərimizin qorunmasına bu qədər diqqət və qayğı göstərildiyi bir vaxtda, özümüz belə nöqsanlara yol verməyək",-deyə Samirə Əliyeva qeyd edib.
Oxşar xəbərlər
20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!"
"Aşk Tesadüfleri Sever" filminin aktyoru Mehmet Günsür, həyat yoldaşı Katerina Mongionu ona yaraşdırmayanlara cavab verib. BAKU.WS xəbər verir ki, tədbirlərdən...