Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Şou-biznes 6

 

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 9-da Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və Xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəi...

875 Şou-biznes 13:45 07 yanvar 2016

Son xəbərlər