Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 1610
İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, sabah şimal küləyi əsəcək.Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-13° isti, gündüz 18-23° isti təşkil edəcək.Qeyd edək ki, sabah Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu isə 22-23° isti təşkil edəcək.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu günün havası

Bu günün havası

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında ha...

6 Şou-biznes 09:04 19 iyun 2018

Son xəbərlər