Sabahdan 9 günlük tətil başlayır

Sabahdan 9 günlük tətil başlayır
Şou-biznes 181

Azərbaycanda sabahdan Novruz tətili başlayır.

BAKU.WS xəbər verir ki, Novruz bayramı ilə əlaqədar 2021-ci il mart ayının 20-dən 29-dək qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.

Bununla da, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq

Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq

Bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq. BAKU.WS-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20,...

861 Şou-biznes 11:01 17 fevral 2021

Son xəbərlər