Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq

Novruz bayramında 9 gün ardıcıl qeyri-iş günü olacaq
Şou-biznes 861

Bu il Novruz bayramı ilə əlaqədar ölkə ərazisində 9 gün qeyri-iş günü olacaq.

BAKU.WS-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərarına əsasən, həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə iş və istirahət günlərinin tarixləri dəyişdirilir.

Bu il də martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən martın 25 və 26-sı da qeyri-iş günü olacaq. Martın 27 və 28-i isə həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq, 9 gün, yəni 20-28 mart qeyri-iş günü olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Novruz Bayramı təqvimindəki çaşqınlıqla bağlı RƏSMİ AÇIQLAMA

Novruz Bayramı təqvimindəki çaşqınlıqla bağlı RƏSMİ AÇIQLAMA

"Bu il martın 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradır. Lakin insanlar bilməlidirlər ki, bu il ilaxır çərşənbə ilə Novruz bayra...

23568 Şou-biznes 09:20 20 fevral 2018

Son xəbərlər