Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 5

 

Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüzlər isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət görülmür.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.W...

900 Sosial 14:02 05 avqust 2016

Son xəbərlər