Sabah qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, dekabrın 26-da hva şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bu günün hava proqnozu: Bakıya qar yağacaq
Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərv...