Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
Şou-biznes 861

Dekabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 9-11, Bakıda 1-3, gündüz 9-11 dərəcə isti olacaq.

Dekabrın 8-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, axşam şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər...

904 Şou-biznes 08:58 06 dekabr 2015

Son xəbərlər