Sabah Bakıda yay havası olacaq

Sabah Bakıda yay havası olacaq
Şou-biznes 2

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 30-da axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək, ayr-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün 30 dərəcə isti olacaq

Bu gün 30 dərəcə isti olacaq

Bu gün Azərbaycanın bəzi yerlərində duman olacaq, qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentind...

809 Şou-biznes 08:58 27 sentyabr 2015

Son xəbərlər