Sabah Bakıda 29° isti olacaq

Sabah Bakıda 29° isti olacaq
Şou-biznes 1086

 

İyunun 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal küləyi gündüz mülayim  cənub-şərq küləyi  ilə əvəz  olunacaq.

 

ETSN-dən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturunun gecə 18-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. 

Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda  22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb  küləyi  gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-32° isti, dağlarda gecə  8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Avqustun 22-də paytaxt ərazisində və respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoro...

3864 Şou-biznes 12:47 21 avqust 2016

Son xəbərlər