Sabah Azərbaycana qar yağacaq, 6° şaxta olacaq

Sabah Azərbaycana qar yağacaq, 6° şaxta olacaq
Şou-biznes 6789

 

Yanvarın 30-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 1-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava gündüz, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında istirahət günü, yanvarın 29-da hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (...

2484 Sosial 12:35 28 yanvar 2017

Son xəbərlər